ONN İnformasiya Agentliyi

DİQQƏT- Bu xəstəlik 81 can aldı

DİQQƏT- Bu xəstəlik 81 can aldı
09 Dekabr 2019 - 11:10

İranda donuz qripi sentyabr ayından bu yana 81 nəfərin həyatına son qoyub.

ONN media xəbər verir ki, bu barədə ölkənin Səhiyyə nazirinin müavini Əli Rza Rəisi danışıb.

Rəisi bildirib ki, son bir həftə ərzində 8 min 333 insan qrip şikayəti ilə xəstəxanalara müraciət edirib. Onların yarısı tənəffüs çatışmazlığı diaqnozu ilə xəstəxanalara yerləşdirilib. Yarısı isə ambulator müalicəyə buraxılıb.

Qeyd edək ki, İranın Gülüstan, Mazandaran, Kirman, Əhvaz və Kəhgüliyə-Buyer Əhməd əyalətlərində H1N1 virusu (donuz qripi) aşkarlanıb.

Xatırladaq ki, İran 1noyabrın 15-dən benzinin 3 qat bahalaşmasından sonra çətin günlər keçirir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png