Dörd ölkənin XİN başçıları Moskvada görüşəcək

Mayın 10-da Moskvada Rusiya, Türkiyə, İran və Suriya xarici işlər nazirlərinin dördtərəfli görüşü keçiriləcək.

ONN media verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmisi Nasir Kənani deyib.

Onun sözlərinə görə, görüşdə Suriya ilə bağlı məsələlər müzakirə olunacaq.

“İran həmişə Suriya ilə Türkiyə arasındakı fikir ayrılıqlarının siyasi yolla həllində israr edib. Danışıqlar regionda sülh və sabitliyin bərqərar olması baxımından yaxşı nəticələr verə bilər”, – Kənani bildirib.