Dünya artıq bizi ciddiyə almır

İslamabad Kəşmir məsələsində beynəlxalq ictimaiyyətin dəstəyini təmin edə bilməyib.

ONN media xəbər verir ki, bunu Pakistan Daxili İşlər naziri Hicaz Əhməd Şah “Hum Nyus” televiziyasına müsahibəsində deyib.

“Beynəlxalq ictimaiyyət bizə inanmır. Biz deyirik ki, hindlilər komendant saatı tətbiq ediblər və Kəşmir əhalisinə dərman verməkdən imtina edirlər. Hər kəs bizə yox, onlara inanır. Hakim elita bizim ölkəni və onun adını məhv edib, artıq bizi ciddi xalq saymırlar”, – o bildirib.