Dünya BU HADİSƏNİ GÖZLƏYİR – Az zaman qaldı…

Dünyanın maraqla izlədiyi ABŞ prezidenti Donald Trampın impiçmenti ilə bağlı prosesin həlledici mərhələsi başlayır.

ONN media xəbər verir ki, bu gün Bakı vaxtı saat 22:00-da Senatda impiçmentə dair məhkəmə prosesinin ilk iclası baş tutacaq. Proses dünyada bir neçə televiziya vasitəsiylə canlı yayımlanacaq. İlk iclasda məhkəmə prosedurlarının müəyyən edilməsi gözlənilir. Həmçinin hakimlər məhkəmədə şahid dinləmələrinin olub-olmayacağına qərar verəcək.

Xatırladaq ki, iddialara görə, prezident Donald Tramp Zelenski ilə telefon danışığı zamanı demokratların nümayəndəsi, prezidentliyə namizəd, keçmiş vitse-prezident Co Baydenin oğlunun Ukraynadakı ticarət fəaliyyətinin araşdırılmasını tələb edib. Əvəzində isə “Ağ ev” rəhbəri Kiyevə dəstək sözü verib. İddia edilir ki, Tramp bu yolla rəqibinə siyasi zərbə vurmaq istəyib.

Telefon danışığının mətni mətbuata sızandan sonra demokratlar “Ağ ev” rəhbərinin impiçmentini tələb edib. Nümayəndələr palatasında Trampın impiçmentinə dair iki maddə qəbul olunub. Sənəddə Trampın səlahiyyətlərini aşdığı və konqresin işinə maneə törətdiyi qeyd olunub.