ONN İnformasiya Agentliyi

Dünya müalicəsi mümkün olmayan – Nipah virusu təhlükəsi ilə qarşı-qarşıyadır

Dünya müalicəsi mümkün olmayan – Nipah virusu təhlükəsi ilə qarşı-qarşıyadır
25 May 2018 - 4:54

Hindistanın Kerala əyalətində təşvişə səbəb olan ölümcül Nipah virusu səbəbi ilə 4 gündə 10 nəfər həyatını itirib. Bundan başqa virusa 13 nəfərdə də rast gəlinib.

ONN media xəbər verir ki, xəstəxanada müalicə olunan 13 nəfərdən 2-nin vəziyyətinin ağır olduğu bildirilib. Bölgədə fövqəladə hal elan edilib. ölənlərlə təmas etdiyi müəyyən olunan təxminən 100 nəgfər karantinə alınıb. Yüzlərlə adam isə yüksək hərarət şikayəti ilə xəstəxanalara axın edib.

Hökumət Kerala əyalətində virusun rastlandığı bölgələrə gedilməməsini xəbərdarlıq edib. Bir çox insan isə təhlükəsiz bölgələrə köçürülüb.

Qoruyucu tədbirlərin mikroba qarşı erkən müalicənin xəstələrdəki hərarət və xəstəliyin şiddətini qismən azaltdığı, amma ölümün qarşısını ala bilmədiyi müəyyən olunub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png