ONN İnformasiya Agentliyi

Dünya yeni müharibənin astanasında- HƏYƏCAN TƏBİLİ

Dünya yeni müharibənin astanasında- HƏYƏCAN TƏBİLİ
13 Avqust 2022 - 21:26

ABŞ Rusiya və Çinlə müharibə astanasındadır. Vaşinqton belə bir vəziyyətin yaranmasının səbəblərini təkbaşına yaradıb”.

ONN media xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer “The Wall Street Journal”a müsahibəsində deyib.

“Biz qismən yaratdığımız məsələlərlə bağlı Rusiya və Çinlə müharibənin astanasındayıq, bunun necə bitəcəyi və hara aparacağı barədə heç bir fikir yoxdur”, – Kissincer bildirib .

O, ABŞ hökumətinə gərginliyi artırmamağı, vəziyyəti həll etmək üçün variantlar axtarmağı tövsiyə edib.

Siyasətçi daha əvvəl bildirmişdi ki, Vaşinqtonla Pekin arasında davamlı qarşıdurmalar ABŞ-a Çinin hegemonluğunun qarşısını almağa və münasibətləri normallaşdırmağa kömək etməyəcək.

Kissincer daha əvvəl ABŞ-ın və bütövlükdə dünyanın daha görkəmli siyasi liderlərə ehtiyacı olduğunu qeyd edib və belə liderlərin vaxtında meydana çıxmayacağından narahatlığını bildirib

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png