ONN İnformasiya Agentliyi

Dünyada yeni epidemiya yayılır

Dünyada yeni epidemiya yayılır
08 Aprel 2020 - 10:24

Dünya yeni tip koronavirusla mübarizə apararkən Asiya ölkəsi İndoneziyada yeni epidemiya aşkarlanıb.

ONN media xəbər verir ki, yanvarın əvvəlindən 4 aprelə qədər ölkədə danq qızdırması səbəbilə 254 nəfər dünyasını dəyişib.

Ümumilikdə, 40 min nəfərin xəstəliyə yoluxduğu bildirilir.

“Tempo” qəzetinin xəbərinə görə, Səhiyyə Nazirliyi Vektorial və Zoonotik Xəstəliklər İdarəsinin direktoru Siti Nadya Tarmizi xəstəliyin ən çox rast gəlindiyi Qərbi Yava və Şərqi Nusa Tenqqara əyalətlərinin qırmızı bölgə elan edilərək karantinə alındığını bildirib.

Epidemiyanı ağcaqanadlar yayır

Ölkədə ağcaqanadların daha çox ortaya çıxdığı oktyabr-aprel aralığında yağışlı dövrlərdə danq qızdırması və adi qızdırma xəstələrinin sayı artır.

Xatırladaq ki, İndoneziyada danq qızdırmasından 2016-cı ildə 1598, 2017-ci ildə 493, 2018-ci ildə 344 nəfər dünyasını dəyişib

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png