ONN İnformasiya Agentliyi

Dünyanı ağladan fotonun sahibindən qandonduran sözlər

Dünyanı ağladan fotonun sahibindən qandonduran sözlər
10 Fevral 2023 - 19:15

Kahramanmaraşda dağıntılar altında həyatını itirən qızının əlini buraxmayan Mesut Hançerin fotosu bütün dünyanı ağlatdı.

On minlərlə dəfə paylaşılan kadrları lentə alan və sosial mediada milyonlarla dəfə baxılan beynəlxalq xəbər agentliyi “Agence France-Presse” xəbər agentliyi “Türk atanın acısı zəlzələ faciəsinin simvolu oldu” başlıqlı xəbər təqdim edib.

Ata 15 yaşlı qızı İrmakın ölümünə baxmayaraq, onun əlini buraxmaq istəməyib. Fotonu çəkən AFP-nin fotomüxbiri Adem Altan deyir ki, zəlzələ baş verən kimi getdiyi Kahramanmaraşda səssizcə yas tutan Mesut Hançeri görüb, ondan gözünü ayıra bilməyib, o kədərli anları təxminən 60 metr aralıdan kamerasına yansıdıb. Hançer Altanı yanına çağırıb titrək səslə “Övladımın şəklini çək” deyib.

Fotomüxbir Altan, “Fotonu çəkəndə çox kədərləndim. Öz-özümə “Nə ağrıdır” deyə təkrarlayırdım. Göz yaşlarımı saxlaya bilmədim”, – deyir.

AFP bildirib ki, Hançer dünyanın və ölkəsinin onun kədərini görməsini istəyib. Dünya miqyasında təsir bağışlayan kadrlar ilk səhifədən “Wall Street Journal”-dan “Financial Times”-a qədər bir çox böyük nəşrlər tərəfindən verilib.

AFP fotomüxbiri özünün və qızının adını soruşduqda Hançer çətinliklə danışıb. Adem Altan yaşadıqlarını “Ağzından sözlər çətin çıxdı, ona görə də onunla çox danışa bilmədim” deyərək danışır.

Almaniyanın “Bild” qəzeti qızını dəfn edən kədərli ata Mesut Hançerlə qısa müsahibə edib. Onu Kapıçam qəbiristanlığında gördüyünü və hələ də fotoda narıncı palto geyindiyini bildirən nəşrin müxbiri Həmdi Gökbulut onunla dialoqu təqdim edib.

Mesut Hançer zəlzələ baş verən zaman yaşadıqlarını bu cümlələrlə izah edib:

“Kiçik qızım həmin gecə evdə olmayıb. Əmiuşaqları Kahramanmaraşa gələn İrmak onlarla nənəsinin evində qalmaq istəyib. Və onlar divanda yatıblar. Nənəsini çağırdığımda heç kim cavab vermədi. Qaçdım. Bir yandan da Allaha yalvarırdım ki, “evimiz salamat olsun, yıxılmasın”. Şahzadəmi yalın əllərimlə çıxarmaq istədim, amma sonda onu dağıntılar altında buraxmaq məcburiyyətində qaldım”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png