Dünyanın ən böyük amfibiya təyyarəsi ilk uçuşunu etdi

Çin istehsalı "AG600" amfibiya təyyarəsi ilk uçuşunu həyata keçirib.

ONN media xarici KİV-ə istinadən xəbər verir ki, dünyanın ən böyük yerli təyyarəsi olan "AG600" yanğın söndürmə və dənizdə xilasetmə işlərində istifadə ediləcək.

Təyyarənin uzunluğu 37 metr, qanadlarının eni isə 39 metrdir. Sürəti saatda 500 km-ə çatır. 20 saniyədə dənizdən 12 ton su götürə bilir. Su ilə birlikdə ağırlığı 53,5 tona çatır.

Qeyd edək ki, "AG600"ün istehsalı ötən ilin iyulunda başa çatmışdı.