Dünyanın ən gözəl qadını seçilib

Londondakı Kosmetik və Plastik Üz Cərrahiyyəsi Mərkəzi dünyanın ən gözəl qadınını seçilib.

ONN media xəbər verir ki, həkim-kosmetoloq Culian De Silva mükəmməl üzü tapmaq üçün qızıl nisbət metodundan istifadə edib.

Araşdırmanın nəticələrinə görə, amerikalı aktrisa Ember Hörd ən gözəl qadın kimi tanınıb. Gözləri, burnu, dodaqları, çənəsi və ümumi üz forması da daxil olmaqla, o, mükəmməl nisbətlərə malikdir.

De Silva televiziya ulduzu Kim Kardaşyanın mükəmməl qaşlara, aktrisa Skarlett Yohanssonun mükəmməl gözlərə, model Emili Ratakovskinin isə mükəmməl dodaqlara malik olduğunu qeyd edib.