ONN İnformasiya Agentliyi

Dünyanın ən tüklü qadını- Təəccüb

Dünyanın ən tüklü qadını- Təəccüb
06 Yanvar 2018 - 8:31

Dünyada sadəcə 50 nəfərdə rast gəlinən Ambras sindromuna tutulan Supatra Natty Susuphanın son görüntüləri təəccüb doğurub.

ONN media xəbər verir ki, 2010-cu ildə dünyanın ən tüklü qadını kimi “Ginnesin rekordlar kitabı”na düşən Supatra vahiməli görünüşündən tamamilə qurtulub və yeni görünüşünə qovuşub.

Ambras sindromu səbəbilə azyaşlının üz, qulaq, qol, ayaq və bel hissələrində həddən artıq çox və cod tüklər çıxıb. Ancaq o, bu tüklərdən qismən qurtulmağı bacarıb. Bu qurtuluş isə lazer epilyasiyası sayəsində baş verib.

Hazırda 17 yaşı olan Supatra yeni görünüşündən və sevgilisi ilə birlikdə keçirdiyi gözəl günlərdən məmnun olduğunu deyib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png