ONN İnformasiya Agentliyi

Dünyanın ən qəmgin fili öldü

Dünyanın ən qəmgin fili öldü
05 Mart 2019 - 20:33

İspaniyada bir zooparkda 43 ildir tək yaşayan və “Dünyanın ən qəmgin fili” kimi tanınan Flavia ölüb.

ONN media xəbər verir ki, 47 yaşlı Flavia ömrünün 43 ilini İspaniyanın cənubundakı Kordova zooparkında tək yaşayıb.

Müxtəlif heyvan hüquqları müdafiəçiləri bir neçə il müxtəlif xilasetmə cəhdləri etsələr də, uğur əldə edə bilməmişdilər. Eyni zamanda Flavianın başqa fillərlə görüşünü də təmin etmək mümkün olmamışdı.
İspaniya mətbuatının xəbərinə əsasən, filin sağlamlıq problemləri olub və bir neçə ay əvvəl kəskinləşərək depresiyaya düşüb. Ötən həftənin cümə günü isə fil qəfəsində yerə çöküb və bir daha ayağa qalxmayıb.(ölkə.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png