ONN İnformasiya Agentliyi

Dünyanın ən varlı insanlarından biri öldü

Dünyanın ən varlı insanlarından biri öldü
23 Avqust 2019 - 21:58

Amerikalı sahibkar, milyarder və dünyanın ən varlı insanlarından biri olan Devid Koch 79 yaşında vəfat edib.

ONN media bu barədə xarici KİV-lərə istinadla xəbər verir.

Devid Koch 1940-cı il mayın 3-də anadan olub. Texnoloji təhsil alıb və qardaşı ilə birgə atasının “Koch Industries” firmasında karyera qurmağa başlayıb. Atanın ölümündən sonra Koch qardaşları neft emalına, gübrə, polimer istehsalına və digər sahələrə investisiya qoyaraq kompaniyanın fəaliyyət dairəsini xeyli genişləndiriblər.

Devid siyasi həyatda aktiv iştirak edib, müxtəlif aksiyaları maliyyələşdirib. 1980-ci ildə Libertarian partiyasından vitse-prezident postuna namizədliyini irəli sürüb.

“Forbes” nəşrinin 2018-ci ilə olan məlumatına görə, onun varidatı 51 milyard dollar həcmində qiymətləndirilib, sahibkarın özü isə dünyanın ən varlı insanları siyahısında 11-ci yeri tutub. “Bloomberg” agentliyinin məlumatına əsasən, 2019-cu ilin avqustunda Çarlz və Devid Koch qardaşlarının sərvəti 124,5 milyard dollar təşkil edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png