Dünyanın ən yaşlı qadını vəfat etdi

Tacikistanda dünyanın ən yaşlı qadını vəfat edib.

ONN media bildirir ki, Fatimə Mirzokulova 127 yaşında dünyasını dəyişib.

Qeyd olunur ki, o, 1893-cü il martın 13-də anadan olub.

Onun 8 övladı və 200-dən çox nəvə-nəticəsi olub.

Hazırda dünyanın ən yaşlı qadını Yaponiyada yaşayan 117 yaşlı Kane Tanaka hesab edilir. O, 1903-cü il yanvarın 2-də anadan olub.(trend)