Egey dənizində növbəti zəlzələ oldu

Egey dənizində 4,2 bal gücündə zəlzələ baş verib.

ONN media xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Zəlzələnin episentri Yunanıstandan 13,80 kilometr, Çanaqqala şəhərinin Gökçəada rayonundan 114,11 kilometr uzaqlıqda, dəniz səthinin 12,50 kilometr dərinliyində yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.