ONN İnformasiya Agentliyi

Elazığ tələbələrini geri çağırır – Soylu açıqladı

Elazığ tələbələrini geri çağırır – Soylu açıqladı
29 Yanvar 2020 - 16:19

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu yanvarın 24-də Türkiyədə baş verən zəlzələ nəticəsində müvəqqəti olaraq bağlanan Malatya, Doğanyol, Pütürgə, Qala və Battalqazi mahallarındakı və Elazığdakı bütün orta məktəblərin fevralın 10-dan fəaliyyətini bərpa edəcəyini bildirib. Elazığdakı Fırat Universitetində isə dərslərin fevralın 17-də başlayacağını söyləyib.

Məsələ ilə bağlı  danışan Türkiyənin Fırat Universitetinin azərbaycanlı tələbəsi Araz Zamani bildirib ki, onlara hələlik universitetlərindən heç bir mesaj gəlməyib, geri qayıtmalarının da özlərinin, yaxud dövlət hesabına olacağı haqda məlumat verilməyib.

Qeyd edək ki, Elazığda baş verən dağıdıcı zəlzələdən sonra sözügedən şəhərdə təhsil alan azərbaycanlı tələbələr yanvarın 26-da Prezidentin tapşığı ilə dövlət hesabına ərazidən təxliyə olunaraq vətənə qayıdıblar.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png