ONN İnformasiya Agentliyi

Elektron siqaret QADAĞAN EDİLDİ

Elektron siqaret QADAĞAN EDİLDİ
19 Sentyabr 2019 - 22:53

Hindistan hökuməti elektron siqaretlərin istehsalı, idxalı və satışını qadağan edib.

ONN media xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi bu addımın elektron siqaretin uşaqlar və gənclər arasında yayılmaması məqsədilə atıldığını açıqlayıb.

Qanun, prezident təsdiqlədikdən sonra qüvvəyə minəcək.

Qanunu pozanlara 1 ildən 3 ilə qədər həbs, həmçinin 1400 dollardan 7 min dollara qədər pul cəriməsi də nəzərdə tutulub.

Qeyd edək ki, Hindistan tütün istifadəsinə görə Çindən sonra ikinci yerdədir. Məlumata görə, Hindistandan hazırda 106 milyondan çox aktiv tütün istifadəçisi var.

Bildirək ki, ABŞ-ın Miçiqan ştatında da elektron siqaret qadağan edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png