ONN İnformasiya Agentliyi

Eminem Trampın qızını TƏHDİD ETDİ

Eminem Trampın qızını TƏHDİD ETDİ
25 Oktyabr 2019 - 22:49

Məşhur repçi Eminem ABŞ prezidenti Donald Trampın Ağ Evin müşaviri vəzifəsində çalışan qızı İvanka Trampı “təhdid etdiyi” üçün ABŞ Gizli Xidməti tərəfindən dindirilib.

“Buzzfeed News” tərəfindən ələ keçirilən sənədlərdə Eminemin 2017-ci il tarixli “Framed” mahnısının sözlərinə görə ABŞ Gizli Xidmətinin agentləri tərəfindən dindirildiyi məlum olub.

Eminemin “Framed” mahnısında oxuduğu “Trampın qızı İvankanı maşınının baqajında görməkdən” sözlərindən sonra “Bu kiçik ağılsız sarışın qıza görə məsuliyyət hiss edir” ifadələri işlənib. Mahnı bir qətldən bəhs edir.

Qeyd edək ki, bu xəbər 2018-ci ilin yanvarında ortaya çıxsa da, sonradan məsələnin böyüdülmədiyi bildirilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png