Erməni deputat: “Bahalaşma ölkədə vəziyyəti daha da ağırlaşdıracaq”

Yanvar ayından Ermənistanda qeydə alınan bahalaşma ölkədə vəziyyəti daha da ağırlaşdıracaq. Belə ki, əhalinin əksəriyyətinin gəlirləri aşağıdır və bu gəlirlər inflyasiya səbəbindən daha da azalacaq.

ONN media Trend-ə istinadən xəbər verir ki, bunu Ermənistan deputatı Vardan Bostancyan deyib.

O qeyd edib ki, əhalinin gəlirlərinin az olduğunu nəzərə alaraq, hətta cüzi bahalaşma mənfi effekt verə bilər:

"2018-ci ildə əməkhaqqı, pensiya və müavinətlər artırılmayacaq. Bu isə o deməkdir ki, bir çoxlarının gəlirləri inflyasiyaya davam gətirməyə kifayət etməyəcək".