Erməni deputat sülh sazişi ilə bağlı nələri danışdı?

“Ermənistan Azərbaycandan sülh sazişi layihəsi ilə bağlı təkliflər alıb”.

ONN media xəbər verir ki, bu sözləri  Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin sədri Eduard Ağacanyan deyib.

“Bəli, həqiqətən Ermənistan tərəfi Azərbaycanın təkliflərini alıb. Bu, mahiyyətcə Ermənistanın təkliflərinə cavabdır. Deyə bilərik ki, təkliflərin üçüncü mərhələsi müzakirə olunur”, – deyə o bildirib.

Erməni deputat ilin sonuna qədər Azərbaycan və Ermənistan liderlərinin və ya xarici işlər nazirlərinin görüşünün istisna edilmədiyini də vurğulayıb.