ONN İnformasiya Agentliyi

Ermənilər hakimiyyətə qarşı ayağa qalxır

Ermənilər hakimiyyətə qarşı ayağa qalxır
09 Yanvar 2018 - 23:57

Yanvarın 19-da Ermənistan paytaxtında etiraz yürüşü keçiriləcək.

Musaat.com erməni mediasına istinadən xəbər verir ki, aksiya qiymət artımına etiraz məqsədilə keçiriləcək. Etiraz yürüşü barədə parlamentdəki “Çıxış” blokunun mətbuat xidməti bəyanat yayıb. Blokun açıqlamasında bildirilir ki, istehlak mallarının qiymətinin kəskin şəkildə artması cəmiyyətdə etiraz dalğasının artmasına səbəb olub. Etiraz aksiyasının təşkilatçıları ümid edir ki, hakimiyyət nəhayət, özünə gələcək və nəticə çıxaracaq. Bəziləri isə əmindir ki, hakimiyyət xalqı məhv etməyə belə hazırdır və hər hansı aksiya onu dayandırmayacaq.

Beləliklə, Serj Sərkisyanın prezident səlahiyyətlərinin başa çatmaqda olduğu dövrdə Ermənistanda gərginlik baş qaldırmaqdadır. Qeyd edək ki, 2008-ci ilin martında erməni xalqının qanını tökməklə hakimiyyəti qəsb edən Sərkisyanın səlahiyyətləri üç aydan sonra başa çatır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png