ONN İnformasiya Agentliyi

Ermənilər niyə islamı qəbul edir? – ŞOK AÇIQLAMA

Ermənilər niyə islamı qəbul edir? – ŞOK AÇIQLAMA
27 İyun 2019 - 15:36

Qloballaşma sayəsində dünya dinlərinin Ermənistanda yayılması qaçılmazdır.

ONN media xəbər verir ki, bu sözləri  açıqlamasında Ukraynada yaşayan və müsəlmanlığı qəbul edən Sergey Qriqoryan deyib. İslamın bununla əlaqədar olaraq ermənilər arasında yayıldığını deyən Qriqoryan özünün bu dini islamın ideoloji sistemi və dəyərlərinin proqressiv rolunu gördüyü üçün qəbul etdiyini bildirib:

“Qloballaşma və onunla əlaqəli olaraq dünya dinlərinin Ermənistan kimi etnokonfensional qoruqlarda yayılması qaçılmaz prosesdir. Ölkəyə daha çox xüsusilə İrandan müsəlman turistlər gəlir, çoxlar burada uzun müddət yaşayır, Ermənistan qadınları ilə nikaha daxil olur, özlərinin dini inanclarını təbliğ edirlər. Onların təbliğatının qarşılıq görməsi də təəccüblü deyil. Hər bir halda hətta həmin iranlıların təbliğ etdikləri belə, erməni kilsəsini məhv edən tamamilə vəhşi millətçi ideologiya ilə müqayisədə böyük irəlləyişdir. Ermənilərin özləri kilsələrini millətçiliyin əlavəsi kimi qəbul edirlər və bunun da nəticəsi olaraq Eçmiədzinin avtoriteti fəlakətli formada aşağı düşüb”.

Qeyd edək ki, Rusiyanın cənubunda, xüsusilə də Stavropol diyarında bəzi Ermənistan vətəndaşlarının müsəlman kimi qeydə alınması haqqında məlumat yayılıb. Situasiya artıq o qədər ciddi hal alıb ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti məsələ ilə maraqlanmağa başlayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png