Ermənilər Qarabağda məhv edilən əsgərlərini kütləvi şəkildə dəfn edir – FOTOLAR

Ermənistan silahlı qüvvələri Qarabağ döyüşlərində verdikləri itkiləri hissə-hissə açıqlayır.

ONN media  xəbər verir ki, artıq düşmən tərəf rəsmi olaraq 834 əsgərin öldüyünü bildirib.

Erməni əsgərlərini kütləvi şəkildə dəfn olunması ölkə qəbirstanlığında yer qıtlığı yaradıb.

Fotolardan da göründüyü kimi erməni əsgərlərinin qəbirləri sıra ilə düzülüb.

Ölkədə tabut və gül qıtlığı yaranıb. Artıq Ermənistan xarici ölkələrdən bu istiqamətdə sifarişlər edir.