Ermənistan əhalisi sürətlə azalır

Ermənistan əhalisi 2.957.500 nəfər təşkil edib.

ONN media xəbər verir ki, bu məlumatı Ermənistan Milli Statistika Xidməti yayıb. Məlumata görə, bu göstərici keçən illə müqayisədə 11700 nəfər, 2017-ci illə müqayisədə 22100 nəfər azdır.

Qeyd edək ki, Paşinyan avqustda Xankəndidə çıxışı zamanı 2050-ci ildə Ermənistanın əhalisinin 5 milyon nəfərə çatdırılması gərəkdiyini açıqlamışdı