Ermənistan demoqrafik böhrana yaxınlaşır – Rəsmi

Ermənistan əhalisi yaşlanır.

ONN media Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı Ermənistan Milli Statistika Xidməti yayıb.

“Demoqrafik situasiyanın əsas problemlərindən biri də əhalinin yaşlanmasıdır. Əhalinin yaşlanması postsovet dövründə sürətlənməyə başlayıb. Demoqrafik yaşlanma uzunmüddətli demoqrafik dəyişikliklərin – doğum göstəricisinin aşağı düşməsi, "gənc ölümlər"in artması və qismən də miqrasiyanın nəticəsidir”, – deyə Milli Statistika Xidməti bildirib.