ONN İnformasiya Agentliyi

Ermənistan MTX-nin sabiq direktoru İNTİHAR ETDİ

Ermənistan MTX-nin sabiq direktoru İNTİHAR ETDİ
21 Yanvar 2021 - 14:27

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Georgi Kutoyan intihar edib.

ONN media xəbər verir ki, ölkənin İstintaq Komitəsi bu barədə məlumat yayıb.

İstintaq Komitəsinin rəhbəri, Xüsusi İşlərin Araşdırılması Departamentinin rəhbəri Artur Melikyan bildirib ki, ilkin istintaq davam edir.

Onun sözlərinə görə, intiharın baş verməsi yalnız istintaq əməliyyatlarının nəticələri ilə yox, həm də ekspertizanın nəticələri ilə əsaslandırılıb.

Xatırladaq ki, Georgi Kutoyanın üzərində güllə yarası olan cəsədi 17 yanvar 2020-ci il tarixində İrəvanın Paruyr Sevak küçəsindəki mənzilində tapılmışdı. Cinayət Məcəlləsinin 110-cu maddəsi (intihara cəhd) ilə cinayət işi başlanmışdı. Ermənistan İstintaq Komitəsinin sabiq rəhbəri Ayk Gevorqyan jurnalistlərə verdiyi müsahibədə Kutoyanın tamamilə şəxsi səbəblərdən intihar etdiyini söyləmişdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png