Ermənistan paytaxtında gərginlik-tələbələr universitetin qarşısına axın edir

Ermənistanın paytaxtında vəziyyət gərginləşir.
ONN media erməni mediasına istinadən xəbər verir ki, tələbələrin hərbi xidmətdən möhlət hüququnun ləğv edilməsi növbəti etirazlara rəvac verib. Bu gün səhər İrəvan Dövlət Universitetinin (İDU) 5 tələbəsinin yeni qəbul olunan qanunun ləğvi tələbilə aclıq aksiyasına başlamasına ciddi dəstək gəlib. Hazirda Universitetin qarşısına çoxsaylı tələbələr toplaşmaqdadır. Universitet qarşısına axın edən gənclər tələbə yoldaşlarının aksiyasına dəstək ifadə edirlər.
Aclıq edən tələbələr isə aksiyanı elə İDU-da, informatika və tətbiqi riyaziyyat fakültəsinin auditoriyalarından birində elan ediblər. Onlar qapını bağlayıblar və heç kimi içəri buraxmırlar.
Xatırladaq ki, “Hərbi xidmət və hərbçilərin statusu” haqqında qanun layihəsi artıq parlamentin ilk oxunuşundan keçib. Ordunun komplektləşdirilməsi sahəsində ciddi problemlərlə üzləşən hakimiyyət tələbələri əsgər aparmaqla vəziyyətdən çıxacağını zənn edir. Amma erməni ekspertlər bu qanunun qəbulunun erməni gənclərin ölkədən axınına gücləndirəcəyini proqnozlaşdırır.