Ermənistan prezidentilyinə namizəd Moskvanın razılığını almağa gedir

Ermənistanda hakim Respublika Partiyasının prezidentliyə namizədi Armen Sarkisyan bu gün Moskvaya gedir.

ONN media Rusiya KİV-nə istinadən xəbər verir ki, o Rusiya rəsmiləri və erməni icmasının nümayəndələri ilə görüşəcək.

“Armen Sarkisyan erməni icması ilə görüşmək üçün Moskvaya gedir”. Erməni mətbuatı isə Sarkisyanın Kremlin nümayəndələri ilə də görüşəcəyini bildirir.