Ermənistan xarici borc içində itib-batır – 5,1 milyard dollar

2017-ci ilin dekabrın 1-dək Ermənistanın xarici borcu 5,1 milyard dollar təşkil edib.

ONN media Trend-ə istinadən xəbər verir ki, təkcə ötən ilin noyabr ayında ölkənin xarici borcu 62 milyon dollar artıb.

Qeyd edək ki, 2016-cı ilin nəticələrinə əsasən Ermənistanın dövlət borcu 6,4 milyard dollar olub, bu, ümumi daxili məhsulun 61 faizini təşkil etmişdi.