ONN İnformasiya Agentliyi

Ermənistanda əsgərlər hərbi hissədən qaçdı

Ermənistanda əsgərlər hərbi hissədən qaçdı
24 Fevral 2021 - 15:11

Ermənistanda bir qrup çağırışçı hərbi xidmətdən qaçıb.

ONN media  xəbər verir ki, hərbi hissələrdən birində çağırışçılar məzuniyyətdən xidmətə qayıtmayıb.

Ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 23-də bir qrup hərbçi və onların yaxınları əsgərlərin hərbi hissəyə qayıtmalarının qarşısını almağa çalışıb. Nəticədə ərazidə iğtişaşlar olub. Bölükdəki bəzi əsgərlər vəziyyətdən istifadə edərək icazəsiz bölüyü tərk edib.

Bölüyün komandanlığı rəsmi araşdırma əmri verib. Hərbi polis qaçan əsgərləri axtarır. Onlara qarşı cinayət işləri başlanacaq.

Qeyd edək ki, Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Daimi Komissiyasının sədri, hakim “Mənim addımım” blokundan millət vəkili Andranik Köçəryan 15 yanvarda jurnalistlərə açıqlamasında Hərbi Xidmət Qanunu və əlaqədar qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri paketini şərh edərkən söyləmişdi ki, Ermənistanı tərk edərək hərbi xidmətdən necə qaçmağı düşünən insanlar belə qərar verməzdən əvvəl bir daha düşünəcəklər. Bununla bağlı axtarışa veriləcək 10 mindən çox vətəndaş var.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png