Ermənistanda 5 ballıq zəlzələ baş verdi

Ermənistan ərazisində ard-arda iki zəlzələ olub.

ONN media xəbər verir ki, bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzi məlumat yayıb.

İlk zəlzələ 5,2 bal olmaqla Tbilisi vaxtı ilə saat 20:22-də, ikincisi isə 4,2 bal olmaqla saat 20:24-də qeydə alınıb.

Birinci zəlzələnin episentri Gürcüstan sərhədindən 9 kilometr, digəri isə 5 kilometr aralıda Ermənistan ərazisində olub.