Ermənistanda etiraz aksiyası keçirildi

Ermənistan vətəndaşları İrəvanda hökumət binası yaxınlığında aksiya keçirib.

ONN media xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Məlumata görə, aksiya zamanı iştirakçılar hərbi hissədə baş verən yanğına görə məsuliyyət daşıyanların cəzalandırılmasını tələb ediblər.

Hərəkatın liderlərindən biri bəyan edib ki, Ermənistan Baş naziri Nikol Paşinyan əsas məsul şəxsdir, ikincisi isə müdafiə naziri Suren Papikyandır