ONN İnformasiya Agentliyi

Ermənistanda fərarilik edən 2 min nəfərə cinayət işi açıldı

Ermənistanda fərarilik edən 2 min nəfərə cinayət işi açıldı
25 Aprel 2023 - 17:27

Ermənistanda 44 günlük müharibə zamanı fərarilik edən 1 786 nəfərə cinayət işi açılıb.

ONN media xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğundan bildirilib.

Qeyd olunub ki, 143 şəxs barədə 118 cinayət işi məhkəməyə göndərilib.

Onlardan 64-ü artıq məhkum edilib, qalanları ilə bağlı məhkəmə prosesləri davam edir.

Məlumata görə, 756 nəfər fərarilikdə ittiham olunur.

Onlar İkinci Qarabağ müharibəsi zamanı hərbi hissəni icazəsiz tərk etməkdə, fərarilik və xidmətdən yayınmada ittiham olunurlar.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png