Ermənistanda hərbi hissədə yanğın olub: 15 hərbçi ölüb- YENİLƏNİB

Ermənistan Müdafiə Nazirliyinin hərbi hissəsində 15 hərbçinin ölümü ilə nəticələnən yanğın söndürülüb.

ONN media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətindən bildirilib. 

Yanğının söndürülməsi 5 saat çəkib. 

Ermənistanın İctimai Televiziyası hadisənin baş verdiyi hərbi hissənin daxil olduğu 2-ci ordu korpusunun komandiri polkovnik Vahram Qriqoryan işdən çıxarılacağı barədə məlumat yayıb