Ermənistanda hərbi komissar döyüldü

Ermənistanın Tavuş vilayətində hərbi komissar döyülüb.

ONN media xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.Hadisə aprelin 21-də baş verib.

Ermənistan Müdafiə Nazirliyinin Tavuş 2-ci ərazi bölməsinin rəisi Lernik Ohanyan həmin vilayətin iki sakini Qor Atoyan və Vardan Yesayanla yanacaqdoldurma məntəqəsində mübahisə edərkən döyülüb.

Hərbi komissar xəstəxanaya yerləşdirilib. Polis Atoyan və Yesyanı axtarır.