Ermənistanda silahlı insident – Avtomatla güllələyib öldürülər

Ermənistanda qətl törədilib.

Bu barədə Ermənistan Polisinin İnformasiya İdarəsi xəbər verib.

Məlumata görə, hadisə Vardenisdə olub. Belə ki, 1995-ci il təvəllüdlü şəxs avtomat silahdan açılan atəş nəticəsində ağır xəsarət alıb. O, ağır vəziyyətdə Qeqarkuniksk vilayətinin xəstəxanasına yerləşdirilsə də, orada ölüb.

Hadisə ilə bağlı ekspertiza təyin edilib, təhqiqat aparılır.(Report)