ONN İnformasiya Agentliyi

Ermənistandan etiraf: KTMT Azərbaycanı dəstəklədi

Ermənistandan etiraf: KTMT Azərbaycanı dəstəklədi
29 Noyabr 2021 - 15:27

“…bu, Ermənistanı dəstəkdən məhrum etmək kimi qiymətləndirilir”.

ONN media xəbər verir ki, erməni mediası “hraparak”a Aşqabaddakı İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci sammitindən yazıb.

Nəşr yazır ki, gözlənildiyi kimi, sammitdə Aşqabad Fəaliyyət Konsensusu adlı bəyannamə qəbul edilib.

Sitat: “Maraqlıdır ki, sənəddə Azərbaycanın maraqlarına tam uyğun gələn mətn və paraqraflar var və Azərbaycan istisna olmaqla, üzv dövlətlər İran, Türkiyə, Pakistan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan və Tacikistan tərəfindən imzalanıb ki, bu da üç KTMT üzvü deməkdir. Qazaxıstan, Tacikistan və Qırğızıstanın təmsil olunduğu dövlətlər “işğal olunmuş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpası münasibətilə Azərbaycanı və Azərbaycan xalqını təbrik edərək” Azərbaycana dəstək ifadə ediblər.

Təbii ki, sənəddə Qafqazda sülh və davamlı inkişafdan, mehriban qonşuluq münasibətlərinin qurulmasından da bəhs edilir. Lakin KTMT-nin üç ölkəsinin Azərbaycanı dəstəkləməsi, Ermənistanı dəstəkdən məhrum etmək kimi qiymətləndirilir”.(ölkə.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png