ONN İnformasiya Agentliyi

Erməni ordusundan inanılmaz etiraf- 3 gündə 1 nəfər…

Erməni ordusundan inanılmaz etiraf- 3 gündə 1 nəfər…
19 Fevral 2020 - 8:45

Ermənistanın Baş Hərbi İstintaq İdarəsində orduda əsgər ölümlərinin sayının artmasına dair müşavirə keçirilib.

ONN media Report-a istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, yanvarın əvvəlindən bu günə kimi qeyri-döyüş şəraitində 15 erməni hərbi qulluqçusu öldürülüb. Bəzi hadisələrlə bağlı intihar həddinə çatdırma maddələri üzrə cinayət işləri qaldırılıb.

Hərbi qulluqçuların öldürülməsi son günlər ölkədə geniş ictimai rezonans doğurub. Bir sıra hallarda ölənlərin yaxınları küçələri və prospektləri bağlayıblar, habelə etiraz aksiyaları keçirərək paytaxta yürüş təşkil ediblər.  

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png