ONN İnformasiya Agentliyi

Erməni səfir İran XİN-ə çağırıldı – ETİRAZ

Erməni səfir İran XİN-ə çağırıldı – ETİRAZ
21 Sentyabr 2020 - 15:20

İran Xarici işlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Ermənistanın Fələstinin işğal olunmuş ərazilərində səfirlik açması barədə bəyanat yayıb.

ONN media  bəyanatın mətnini təqdim edir:

“Ermənistanın Fələstinin işğal olunmuş ərazilərində səfirlik açması və sionist rejimin Qafqazda fəallaşması qəbuledilməzdir. Saxta və qəsbkar bir rejim 70 ildən artıqdır ki, fələstinlilərin torpaqlarında zülm edir və bu qəsbkar rejim nəinki həmin ölkəyə, ümumiyyətlə, bu tarixi və qədim regiona aid deyil. Son bir neçə ayda Ermənistan dövlətinə bu məsələ xatırladılıb və Ermənistanın müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və ona deyilib ki, Qüdsü işğal edən rejimin nə işğal olunmuş ərazilərdə, nə də bu regionda yeri var”.

İran XİN sözçüsü bu hadisələrin Qarabağ münaqişəsinə təsirindən danışıb:

“Bizim baxışımız daim aydın olub. Bu regionda heç bir münaqişə hərbi yolla həll olunmayacaq. Həmçinin heç bir kənar güclər Allaha xatir və xoş niyyətlə regiona gəlmir. Bu münaqişənin ən yaxşı həll yolu regional həlldir. İran dəfələrlə kömək edib və problemin həll olunması üçün yenə də kömək edəcək”.(axar.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png