ONN İnformasiya Agentliyi

Ermənilər Rusiyaya qaçır

Ermənilər Rusiyaya qaçır
03 May 2021 - 16:45

Ermənilər qazanc dalınca kütləvi şəkildə Rusiyaya üz tuturlar.

ONN media xəbər verir ki, bu barədə “Moskovskiy komsomolets” nəşrində dərc olunan məqalədə deyilir.

Məqalədə qeyd olunur ki, Ermənistanın müasir müstəqil dövlət kimi mövcud olduğu 30 il ərzində sakit və bolluq illərini barmaqla saymaq olar. 1990-cı illərin əvvəllərində Ermənistan əhalisinin sayı 3,5 milyon nəfər olduğu halda hazırda əhalinin sayı 2,9 milyon nəfərədək azalıb.

Gevorq adlı bir erməni məqalə müəllifi ilə söhbətində bildirir ki, Qarabağ uğrunda müharibədə məğlubiyyətdən sonra mal-qara sahiblərinin əksəriyyəti narahatlıq keçirir, çünki mal-qaranı otarmağa yer olmadığından onlar tələf olur. Əvvəllər bunu Qarabağda edirdilər, indi Ermənistanda hər şey bahalaşıb.

Ermənistanın əməkqabiliyyətli əhalisinin qalan hissəsi əmək miqrasiyasına məcbur olub. Məsələn, Şirak vilayətində kişilərin 70 faizi Rusiyada işləyir. Qadınlar uşaqları tərbiyə etmək və ev-eşiyə baxmaqdan ötrü qalırlar. Ailələr qışda 2-3 aylığa bir araya gəlir, muzdla çalışan ailə başçıları Yeni ili və uşaqların qış tətilini onlarla birgə keçirirlər. Fevralın sonlarında onlar yenidən Rusiyaya qayıdırlar. Bax, beləcə təqribən 500 min erməni “səyahət edir”.

İrəvanda və şəhərətrafı zonada yaşayan sakinlərlə söhbətdən sonra məqalə müəllifi belə qənaətə gəlib ki, bu insanların həyat səviyyəsinin “orta həddən aşağı” kimi müəyyən etmək mümkündür.

Müəllif yazır: “Məsələn, kəndlərdə sürüşmə zonalarında yaşayan erməniləri görmək olar, çünki həmin yerlərdə torpaq məhsuldardır. Hər neçə ildən bir təbii fəlakət onların evini dağıdır, onlar isə yenə də həmin yerlərdə ev tikirlər. Çünki acından ölməmək və hansısa ehtiyatı tutmaqdan ötrü öz sahələrində kifayət qədər məhsul yetirşdirmək mümkündür”.

Moskvadan İrəvana köçən Anna qəzetin müxbiri ilə söhbətində bildirib ki, əvvəllər o, oğlunu orduya xidmətə göndərməyi planlaşdırırdı. İndi isə o başa düşmür ki, İkinci Qarabağ müharibəsində insanlar nədən ötrü həlak olub. Anna deyib: “Ölkə kiçikdir və sən daim elə hisslə yaşayırsan ki, sabah müharibənin artıq Ermənistan ərazisində başlana biləcəyinə heç kim zəmanət verməyəcək”.

Məqalədə deyilir ki, ölkədə məmur özbaşınalığı ilə bağlı böyük problem yaşanır. İş o yerə çatıb ki, hətta Qarabağa könüllü döyüşə yollananlar dövlətdən yardım ala bilmirlər, çünki onların statusu qanunda nəzərdə tutulmayıb. Müvafiq olaraq, onlar müalicə xərclərini özləri çəkir və Ermənistandakı sosial-iqtisadi vəziyyət nəzərə alınarsa, bu, həddən artıq çətin başa gəlir.

Müəllif daha sonra yazır ki, yerli sakinlərin fikrincə, ölkədə korrupsiya baş alıb gedir. Məsələn, İrəvan sakini Vaqan deyir:

“Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra yalnız ilk bir neçə ay ərzində korrupsiya azaldı. Sonra hər şey əvvəlki vəziyyətinə qayıtdı. Təkcə yol polisləri rüşvət götürmür… Düzdür, onlar ümumiyyətlə bir iş görmürlər – yollarda hərc-mərclikdir. Belə ki, hər kəs rüşvət alır: vergi, gömrük, şəhər hakimiyyət orqanları… Əsasən, necə deyərlər, “işləri tezləşdirmək” üçün pul alırlar, lakin bizdə yuxarı dairələrdə də korrupsiya qalmaqalları az deyil”.(axar.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png