ONN İnformasiya Agentliyi

Ermənistan MN-i itkilərini etiraf etdi

Ermənistan MN-i itkilərini etiraf etdi
13 İyul 2020 - 12:02

Azərbaycan Ordusunun açdığı cavab atəşi nəticəsində Ermənistanın Tavuş rayonunda iki polis əməkdaşı yaralanıb.

ONN media xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, polis əməkdaşları blindajın yaxınlığında olublar.

Xatırladaq ki, bu, Ermənistan rəsmilərinin itki və yaralılar barədə ilk açıqlamasıdır. Düşmən cəbhədə 30-dan çox itki verməsinə baxmayaraq, bunu etiraf etmir.

Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. /Qazet.az/

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png