Ermənistan MTX -dən XƏBƏRDARLIQ: Yazanda baxın, azərbaycanlı ola bilər…

Ordumuz barədə yazışmayın, istifadəçi özünü erməni kimi təqdim edən azərbaycanlı ola bilər.

ONN media xəbər verir ki, bu xəbərdarlıq Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) Feysbuk səhifəsində yazılıb.

MTX ölkənin bütün vətəndaşlarını sosial şəbəkədə tanış olmayanlarla hərbi mövzuda yazışmaqdan çəkinməyə çağırır: “Bu istiqamətdə problem olarsa, Milli Təhlükəsizlik Xidmətinə müraciət edin”.(report)