Ermənistan ordusu itki verdi: bir ölü, bir yaralı…

Ermənistan ordusunun bir hərbçisi ölüb, digəri yaralanıb.

ONN media  xəbər verir ki, Tavuş rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi erməni hərbçinin ölümü, digərinin yaralanması ilə nəticələnib.

Ermənistan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə iyunun 2-də baş verib.

Qəzaya düşənlər Ermənistan Müdafiə Nazirliyinin nəzdindəki “Dağlıq Ermənistan” istirahət evinin əməkdaşlarıdır.(publika.az)