ONN İnformasiya Agentliyi

Ermənistan PKK-ya silah satır

Ermənistan PKK-ya silah satır
06 May 2021 - 16:37

Türkiyənin anti-terror əməliyyatları qarşısında duruş gətirə bilməyən PKK “sağ qalmaq” üçün Ermənistandan 9K33 OSA zenit raket sistemləri almaq istəyir.

ONN media  xəbər verir ki, bu barədə Türkiyə mediası yazıb.

Gizli danışıqlarda terrorçuları erməni əsilli Bese Hozat və Nuriye Kesbir, Ermənistan tərəfini isə Xocalı qatili, Xankəndidəki separatçıların “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan, separatçıların keçmiş “müdafiə naziri”, hazırda Ermənistan Müdafiə Nazirliyində Hərbi Nəzarət Xidmətinin rəisi Cəlal Arutyunyan və I Qarabağ müharibəsinin canilərindən olan, bir müddət separatçıların “müdafiə naziri” və “təhlükəsizlik şurasının katibi” olmuş Samvel Babayan təmsil edib.

Təmasları quran İrana bağlı Haşdi Şabi qruplaşması silahların PKK-ya daşınmasını həyata keçirəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png