Ermənistan yeni itkilərini etiraf etdi – Daha 2 ÖLÜ
Ermənistan ordusu yeni itkiləri barədə məlumat açıqlayıb.
ONN media Ermənistan KİV-nə istinadən xəbər verir ki, ötən gecə cəbhənin şimal-şərq istiqamətində Ermənistan ordusunun iki hərbçisi – müddətdən artıq xidmət edən (MAXE) Vaaqn Ovsepoviç Qdalyan (1996-cı il) və əsgər Razmik Arutyunoviç Ambartsumyan (1998-ci il) ölüb.
Düşmən tərəfi yaralıların olduğunu etiraf etsə də, onların dəqiq sayı məlum deyil. Hadisənin minomyot mərmisinin partlaması nəticəsində baş verdiyi deyilir.