ONN İnformasiya Agentliyi

Ermənistanda korona ilə bağlı vəziyyət pisləşir – SON XƏBƏR

Ermənistanda korona ilə bağlı vəziyyət pisləşir – SON XƏBƏR
04 İyun 2020 - 18:54

“Hazırda koronavirusa yoluxmuş 391 pasiyentin vəziyyəti ağır, 59 nəfərin vəziyyəti isə çox ağırdır. 15 nəfər ağciyərlərin süni ventilyasiyası aparatına qoşulub”.

ONN media  xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Arsen Torosyan açıqlayıb.

“Təcrübə göstərir ki, sənaye kollektivlərində aşkarlanan yoluxma halları sonradan xəstəliyin alovlanmasına yol açır”, – nazir əlavə edib.

Qeyd edək ki, Ermənistanda indiyədək baş nazir Nikol Paşinyan daxil olmaqla 11 121 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 176 nəfər ölüb, 3 468 nəfər isə sağalıb. (report)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png