ONN İnformasiya Agentliyi

Ermənistanda kütləvi həbslər başladı- NƏ BAŞ VERİR?

Ermənistanda kütləvi həbslər başladı- NƏ BAŞ VERİR?
14 Yanvar 2023 - 22:28

Ermənistanın “Daşnaksütyun” partiyasının Ararat vilayət komitəsinin üzvü Qarnik Manukyan həbs edilib.

ONN media xəbər verir ki, məlumatı erməni deputat Tadevos Avetisyan verib.

Deputat daşnakın məhkəmədə iki ay azadlıqdan məhrum edildiyini deyib.

Yanvarın 11-də Ermənistan polisi “Daşnaksütyun”un Ararat regional komitəsinin nümayəndəsi Gerasim Vardanyanın və həmin partiyanın digər üzvlərinin evlərində axtarışlar aparıblar. Artavazd Marqaryan və Qarnik Manukyan da daxil olmaqla 3 nəfər həbs edilib.

Həbs edilən daşnaklara zorakılıq, hədə-qorxu, şantaj, şəxsi əmlaka zərər vurma, zədələmə və ya mənimsəmə və sair kimi ittihamlar irəli sürülüb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png