ONN İnformasiya Agentliyi

Ermənistanda şok- Yanğınsöndürənlər güllələnəcək?

Ermənistanda şok- Yanğınsöndürənlər güllələnəcək?
28 Oktyabr 2019 - 10:41

Ermənistanda məhkəmə hakimi silahla ətrafındakı hamıya atəş açacağı ilə hədələyib.

ONN media xəbər verir ki, hadisə Kotaysk vilayətində baş verib.

Qeyd edilir ki, xidməti vəzifəsini yerinə yetirən Fövqəladə Hаllar Nazirliyinin əməkdaşları hadisə yerinə gedərkən “Mazda” markalı, “12-NN-021” dövlət nömrə nişanlı avtomobilin sürücüsündən ona yol verməyi xahiş ediblər. Lakin avtomobilin sürücüsü nəqliyyat vasitəsindən düşərək əlindəki silahı onlara tuşlayıb. O, yanğınsöndürənlərin hamısını güllələyəcəyi ilə hədələyib.

Fakt üzrə araşdırma aparan polis avtomobilin Yerevan sakini N.K-ya məxsus olduğunu müəyyənləşdirib. Ancaq paytaxtın 35 yaşlı sakini Artur Avakyan hüquq-mühafizə orqanlarına müraciət edərək avtomobilin ona məxsusluğunu, hadisə zamanı sükan arxasında özünün olduğunu bildirib. O, qeyd edib ki, hadisə zamanı əlində “Bruni 84” markalı tapança olub.

Polis bölməsində fakt üzrə materiallar toplanılır. Qeyd edilir ki, Avakyan Ermənistanın İnzibati Məhkəməsinin hakimidir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png