ONN İnformasiya Agentliyi

Ermənistanda vəziyyət yenidən gərginləşir

Ermənistanda vəziyyət yenidən gərginləşir
15 May 2018 - 11:57

Ermənistanın Ararat vilayətində sement zavodunun işçiləri etiraz aksiyası keçirirlər.

ONN media Publika.az-a istinadən xəbər verir ki, tətil edən işçilər maaşın vaxtında ödənilməsini, həmçinin hazırda 60-80 min dram (təxminən 120-160 dollar) olan maaşların artırılmasını tələb edirlər.

Onlar həmçinin, zavodun sahibi, “Çiçəklənən Ermənistan” Partiyasının sədri, milyarder Qagik Çarukyanla görüş tələb edirlər.

Zavod direktoru Manuk Arakelyan işçiləri aksiyanı dayandırmağa inandırmağa çalışsa da, onun səyləri nəticə verməyib.

Qeyd edək ki, Çarukyan Ermənistan hakimiyyətinə qarşı keçirilən son etiraz aksiyalarını və Nikol Paşinyanın baş nazir seçilməsini dəstəkləyib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png