ONN İnformasiya Agentliyi

Ermənistanın planları SUYA DÜŞDÜ: təxirə saldılar

Ermənistanın planları SUYA DÜŞDÜ: təxirə saldılar
13 İyul 2020 - 17:43

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Daimi Şurasının təcili iclası qeyri-müəyyən vaxta təxirə salınıb.

ONN media xəbər verir ki, bu barədə KTMT-nin rəsmi nümayəndəsi Vladimir Zaynetdinov məlumat yayıb.

Təşkilatın Baş katibi Stanislav Zasın təşəbbüsü ilə keçiriləcək KTMT-nin iclası tərəflər arasında məsləhətləşmələrə görə təxirə salınıb. Müzakirənin hansı formatda baş tutacağı da razılaşdırılmayıb. Zaynetdinov iclasın kimin təşəbbüsü ilə təxirə salındığını söyləməkdən imtina edib.

Xatırladaq ki, KTMT üzvləri Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistandır.

Qeyd edək ki, ötən gecə Azərbaycan-Ermənistan sərhədində baş verən insident səbəbilə 13 iyul tarixi üçün KTMT-nin iclası çağırılmışdı.(publika.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png